Zelenski Sankt-Peterburq və Kronştadta zərbələr endirildiyini təsdiqləyib.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.
Ukrayna Prezidentinin açıqlamasına görə, iyunun 3-nə keçən gecə Ukrayna müdafiə qüvvələri Rusiya Federasiyası Hərbi Dəniz Qüvvələrinin Baltik donanmasının əsas bazası sayılan Kronştadt hərbi-dəniz bazasına və Tambov vilayətindəki hərbi zavoda zərbələr endirib.
Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri və Təhlükəsizlik Xidməti (SBU) Rusiya Federasiyasının Leninqrad vilayətindəki Kronştadt hərbi-dəniz bazasında yerləşən və raket silahı daşıyıcısı olan “Boykiy” korvetinin məhv edildiyini bildirib.
Rusiya tərəfi hələlik hadisə ilə bağlı rəsmi məlumat yaymayıb.
Xuraman Etibarlı
İnterpress.az