EN

Qırğızıstan Aİ-nin iqtisadi siyasətini TƏNQİD ETDİ: “Mənfi təsirlər qaçılmazdır”

Qırğızıstan Avropa Birliyinin beynəlxalq iqtisadi və kommersiya münasibətlərini siyasiləşdirməsinə qarşıdır.

İnterpress.az xəbər verir ki, bu barədə Qırğızıstanın Xarici İşlər naziri Kulubayev Avstriyanın Avropa işləri üzrə naziri Maynl-Rayzinqer ilə görüşü zamanı bildirib.

Görüşdə çıxış edən nazir Kulubayev vurğulayıb ki, Qırğızıstan Avropa İttifaqının (Aİ) beynəlxalq iqtisadi və kommersiya əlaqələrini siyasiləşdirməsinin qəti əleyhinədir.

O, Avropa İttifaqının tətbiq etdiyi sanksiyaların təkcə Qırğızıstana deyil, bütövlükdə Mərkəzi Asiya regionuna mənfi təsir göstərə biləcəyini qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
37
interpress.az

1Sources