Bakı Təşəbbüs Qrupu ilə Beynəlxalq Zikh Federasiyası arasında memorandum imzalanıb.
APA xəbər verir ki, memorandumu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov və Kanada Zikh Federasiyasının sədri Bual Moninder Sinq imzalayıb.
Sənəd Bakıda "İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində” adlı beynəlxalq konfrans çərçivəsində imzalanıb.
Abbas Abbasov sözügedən sənədin akademik müstəvidə qurulacaq münasibətləri tənzimləyəcəyini bildirib.