EN

Sərnişin stüardessanı boğmaq istədi - Təyyarədə ajiotaj

Mayami polisi uçuş zamanı Frontier Airlines sərnişin təyyarəsinin qapısını açmağa və stüardessasını boğmağa cəhd edən bir nəfəri həbs edib.

"Unikal" xəbər verir ki, bu barədə CNN məlumat yayıb. 

Hadisə Puerto Rikodan İllinoys ştatına uçuş zamanı baş verib. 51 yaşlı Juan Gabriel Reyes dəfələrlə təcili çıxış qapısını açmağa və kabinəyə daxil olmağa çalışıb. Daha sonra o, stüardessaya hücum edib və onu boğmağa çalışıb. Səs-küylü kişi yalnız digər sərnişinlərin köməyi ilə sakitləşdirilib.

Nəticədə təyyarə uçuşunu dayandırıb və Mayami hava limanına eniş edib. 

Şübhəli şəxs isə polis tərəfindən saxlanılıb. 

Chosen
23
1
unikal.az

2Sources