EN

Hörmüz böhranı Qərbin Rusiya neftinə qarşı sərt dəniz qadağası planlarını zəiflətdi- ÖZƏL

ABŞ və Avropa ölkələrinin Rusiya neftinə qarşı tətbiq etməyi düşündüyü sərt məhdudiyyətlər, xüsusilə Qərb şirkətlərinə məxsus gəmilərlə dəniz daşımalarının tam qadağan edilməsi planları, Hörmüz boğazında yaranan böhran səbəbindən gündəmdən düşə bilər.
Olaylar.az xəbər verir ki, bu barədə Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O'Salivan Euronews-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Hörmüz boğazında baş verən hadisələr enerji bazarındakı bütün hesablamaları dəyişib:
"Hazırda bütün Qərb ölkələri enerjiyə əlçatanlıq və məqbul qiymətlərlə bağlı çətinliklərlə üzləşir. Qiymətlər artıb, təklif çatışmazlığı var, xüsusilə dizel və aviasiya yanacağı kimi hazır məhsullar sahəsində. Belə şəraitdə vəziyyəti daha da gərginləşdirə biləcək əlavə tədbirlər qəbul etməyə maraq yoxdur."
O'Salivan qeyd edib ki, Rusiya neftinin dəniz daşınmasına tam qadağa məsələsinin Aİ-nin 21-ci sanksiya paketinə daxil edilməsi ehtimalı azdır. Onun sözlərinə görə, bu mövzu 15-17 iyun tarixlərində Evian şəhərində keçiriləcək G7 sammitində də müzakirə olunmaya bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
16
olaylar.az

1Sources