EN

Azərbaycan daha bir mötəbər turnirə ev sahibliyi edəcək

ain.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

2026-cı ilin iyul ayında Azərbaycan növbəti dəfə beynəlxalq idman ictimaiyyətinin diqqət mərkəzində olacaq. Bakı şəhəri “Sərbəst Piramida” növü üzrə Avropa Kuboku və Avropa Çempionatına ev sahibliyi edəcək. Qitənin ən güclü bilyard ustalarının iştirakı ilə keçiriləcək yarış ölkəmizin beynəlxalq idman tədbirlərinin təşkili sahəsində qazandığı uğurların növbəti nümunəsi olacaq.

Turnir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Bilyard Federasiyası (ABF) və Avropa Piramida Federasiyasının (EPF) dəstəyi ilə keçiriləcək. Yarış qitənin müxtəlif ölkələrindən ən güclü idmançıları bir araya gətirəcək və beynəlxalq bilyard təqvimində ilin ən əlamətdar hadisələrindən biri olacaq.

Proqrama əsasən 5–8 iyul tarixlərində 40 yaşdan yuxarı idmançılar arasında Avropa Kuboku keçiriləcək, 8–12 iyul tarixlərində isə “Sərbəst Piramida” üzrə Avropa Çempionatı baş tutacaq.

Qabil YUSİFOĞLUXQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
2
2
xalqqazeti.az

3Sources