EN

XƏBƏRDARLIQ: Aşağı faiz həmişə sərfəli deyil… KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Son illər bəzi vətəndaşlar mövcud kredit borclarını bağlamaq üçün başqa bank və ya bank olmayan kredit təşkilatından (BOKT) yeni kredit götürməyə üstünlük verirlər. Bu üsul müəyyən hallarda maliyyə yükünü yüngülləşdirsə də, hər zaman doğru seçim hesab olunmur.

Bəs hansı hallarda kreditin kreditlə bağlanması vətəndaş üçün sərfəli ola bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, bu üsul əslində daha çox qısamüddətli çıxış yolu kimi qiymətləndirilməlidir.

“Vətəndaş müxtəlif səbəblərdən, o cümlədən planlaşdırılmamış xərclər səbəbindən mövcud ödənişlərini həyata keçirməkdə çətinlik çəkir. Bu zaman başqa bir maliyyə qurumundan kredit götürərək əvvəlki borclarını ödəməyə çalışır. Əksər hallarda bu addımın əsas səbəbi yeni kreditin daha aşağı faizlə təklif olunmasıdır”.

Ekspert qeyd edib ki, yeni kreditin faiz dərəcəsi aşağı olsa belə, vətəndaş müqavilənin bütün şərtlərini diqqətlə araşdırmalıdır:

“Belə hallarda aylıq ödəniş məbləği azalacaq. Lakin kreditin müddəti uzandığı üçün ümumi ödənilən məbləğ arta da bilər. Ona görə də yalnız faiz dərəcəsinə deyil, kreditin müddətinə, əlavə komissiyalara və yekun maliyyə yükünə diqqət yetirmək lazımdır”.

Günay Hüseynovanın sözlərinə görə, kreditlərin birləşdirilməsi və ya yenidən maliyyələşdirilməsi yalnız vətəndaşın aylıq ödəniş yükünü azaltmaqla yanaşı, ümumi xərcini də aşağı salırsa, sərfəli hesab oluna bilər.

Ekspert vətəndaşlara yeni kredit götürməzdən əvvəl gəlir və xərclərini düzgün təhlil etməyi, mümkün riskləri qiymətləndirməyi və maliyyə qərarlarını tələsik verməməyi tövsiyə edib.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
1
1
konkret.az

2Sources