EN

Zelenski Peterburqa zərbə endirdiyinə görə döyüşçülərinə TƏŞƏKKÜR ETDİ VİDEO

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin tətbiq etdiyi "uzaqmənzilli sanksiyalar"ın nəticələri barədə məlumat verib:"Döyüşçülərimizə dəqiqliyə görə təşəkkür edirəm. Ukraynanın uzaqmənzilli sanksiyalar planı sülhün yaxınlaşması üçün tam lazım olduğu şəkildə icra edilir. Eşq olsun Ukraynaya!".Bizim.Media xatırladır ki, gecə saatlarında Rusiya ərazisindəki mühüm obyektlərə zərbələr endirilib.Hədəflər arasında Ukrayna sərhədindən təxminən 1100 km məsafədə yerləşən "Peterburq Neft Terminalı", həmçinin Kronştaddakı hərbi baza obyektləri var.Bundan əlavə, Rusiyanın silah istehsalı prosesində iştirak edən Tambov vilayətindəki müəssisəyə də zərbə endirildiyi bildirilir. Sözügedən obyektin cəbhə xəttindən məsafəsi təxminən 600 km təşkil edir.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
1
1
bizim.media

2Sources