EN

BTQ ilə Beynəlxalq Siqh Federasiyası arasında memorandum imzalandı - YENİLƏNDİ

BAKI, 3 iyun. TELEQRAF

Bu gün Bakıda Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr olunmuş “İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində” adlı beynəlxalq konfrans keçirilib.

Teleqraf xəbər verir ki, konfrans Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən təşkil olunub.

Tədbirdə həmçinin siqh icmasının Kanada, Böyük Britaniya, Niderland, Almaniya, İsveçrə, Avstraliya və ABŞ-dakı nüfuzlu nümayəndələri, eləcə də beyin mərkəzlərinin rəhbərləri, insan hüquqları və etnik azlıqlar sahəsində fəaliyyət göstərən ekspertlər, Hindistan hökumətinin repressiv, irqçi və təqib siyasətinin birbaşa qurbanları iştirak ediblər.

Konfransda Hindistan hökumətinin etnik və dini azlıqlara, xüsusilə siqh və dalit diasporlarının nümayəndələrinə və onların ailə üzvlərinə qarşı həyata keçirdiyi transmilli repressiya və sistemli təqib siyasətinin beynəlxalq təşkilatların gündəliyində daim saxlanılması məsələləri müzakirə olunub.

Eyni zamanda, repressiyalardan zərər çəkmiş diaspor təşkilatları arasında koordinasiyalı əməkdaşlığın gücləndirilməsi, transmilli təqiblərə qarşı ortaq hüquqi müdafiə mexanizmlərinin inkişaf etdirilməsi və beynəlxalq platformalarda birgə fəaliyyət istiqamətində fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində Beynəlxalq Siqh Federasiyası ilə Bakı Təşəbbüs Qrupu arasında əməkdaşlığa dair memorandum imzalanıb.

BTQ-nin icraçı direktoru Abbas Abbasov qeyd edib ki, sənəd tərəflər arasında akademik əməkdaşlığın inkişafına, etnik və dini azlıqların hüquqlarının müdafiəsi sahəsində birgə fəaliyyətin genişləndirilməsinə xidmət edəcək.

***

09:41

Bu gün Bakıda Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr olunmuş “İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində” adlı beynəlxalq konfrans keçirilir.

Teleqraf xəbər verir ki, tədbir Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə baş tutur.

Hindistan hökumətinin repressiv və sistemli ayrı-seçkilik siyasətindən əziyyət çəkən Dalit icmasının nümayəndələri də ilk dəfə olaraq ölkəmizdə keçirilən konfransda iştirak edirlər.

Tədbirdə həmçinin Siqh icmasının Kanada, Böyük Britaniya, Niderland, Almaniya, İsveçrə, Avstraliya və ABŞ-də yaşayan nüfuzlu nümayəndələri, eləcə də beyin mərkəzlərinin rəhbərləri, insan hüquqları və etnik azlıqlar sahəsində fəaliyyət göstərən ekspertlər, Hindistan hökumətinin repressiv, irqçi və təqib siyasətinin birbaşa qurbanları iştirak edirlər.

Konfransda Hindistan hökumətinin etnik və dini azlıqlara, xüsusilə Siqh və Dalit diasporlarının nümayəndələrinə və onların ailə üzvlərinə qarşı həyata keçirdiyi transmilli repressiya və sistemli təqib siyasətinin beynəlxalq təşkilatların gündəliyində daim saxlanılması məsələləri müzakirə olunacaq.

FOTO: Elnur Muxtar

Chosen
3
7
teleqraf.com

10Sources