Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 4.4 bal gücündə zəlzələ baş verib.
Ölkə.az xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələnin təxminən 12.46 kilometr dərinlikdə baş verdiyi bildirilir.
Dağıntı və ya xəsarətlə bağlı rəsmi məlumat açıqlanmayıb.
Həmidə İbrahimova