EN

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü Musiqi Məktəbində qeyd edilib - FOTOLAR

Bakı Şəhri Mədəniyyət Baş İdarəsi G.Şaroyev adına 35 nömrəli 11 illik musiqi musiqi məktəbində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib. Aparıcı Nərmin İsgəndərova çıxış edərək uşaqların insan ömrünün bəzəyi, ailənin səadəti və xalqın sabahı olduğunu xüsusi olaraq qeyd edib.

"Onların sağlam, təhlükəsiz və qayğılı bir mühitdə böyüməsini təmin etmək hər bir dövlətin və cəmiyyətin əsas vəzifələrindən biridir. Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilk dəfə 1925-ci ildə Cenevrədə Uşaqların Rifahı üzrə Ümumdünya Konfransı zamanı elan edilib. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması qərara alınıb. Dünyanın hər yerində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Uşaqlar çox həssasdırlar, bu baxımdan onların fiziki, psixi və sosial rifahının təmin edilməsi, onların gələcəyin fərdləri kimi yetişməsi üçün vacibdir. Azərbaycanda da bu gün uşaqların hüquqlarının müdafiəsi, onların sosial təminatı və sağlamlıq imkanları məhdud olan uşaqlara xüsusi qayğı göstərilməsi kimi məsələlər dövlət siyasətinin prioritetləri sırasındadır", deyə aparıcı bildirib.

Qeyd edib ki, ölkəmizdə uşaqların müdafiə olunması və qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Sosial və hüquqi müdafiə ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Bununla bağlı 1998-ci il 19 may tarixində "Uşaq hüquqları haqqında" qanun qəbul edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalamışdır. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunmuşdur.

Bugün ölkəmizdə uşaqların sağlam mühitdə böyüməsi və tərbiyə alması, müvafiq standartlara cavab verən təhsil müəssisələrində oxuması üçün hər cür şərait yaradılmışdır. Bütün uşaqları Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə ürəkdən təbrik edir, onlara səadət, şən həyat, xoşbəxt gələcək arzulayırıq.

Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, İdarənin Musiqi və İncəsənət sektorunun müdiri Altun Rəcəbli, Əməkdar jurnalist Xoşqədəm Baxşəliyeva, Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Könül Hüseynova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeçiliyində olan musiqi və incəsənət məktəblərinin direktorları və başqa qonaqlar iştirak ediblər.

Tədris ilində fərqlənən müəllimlər "Fəxri Fərman" və "Təşəkkürnamə"lərlə təltif olunublar.

Sonra söz musiqiyə verilib.

Chosen
22
sia.az

1Sources