EN

Bakıda Çin maşını alışdı — VİDEO

Bakının Yasamal rayonunda hərəkətdə olan “Changan” markalı minik avtomobilində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, paytaxt ərazisində avtomobilin yanması barədə məlumat daxil olan kimi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlər alovun genişlənməsinin qarşısını alaraq yanğını qısa müddətdə söndürüblər. Hadisə nəticəsində maşının mühərrik hissəsi yanıb, digər sahələr isə dərhal yanğından mühafizə edilib. Hadisə zamanı xəsarət alan olmayıb.

Chosen
27
demokrat.az

1Sources