EN

Velosiped oğurluğnda şübhəli bilinən iki qardaş saxlanılıb

Paytaxtın Yasamal rayonunda velosiped oğurluqlarında şübhəli bilinən iki qardaş saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, polisə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 34 yaşlı N.Mehdizadə və onun qardaşı D.Mehdizadə saxlanılıblar.

Araşdırmalar zamanı müəyyən edilib ki, onlar rayon ərazisində yerləşən yaşayış binalarında mənzillərin qarşısından ümumi dəyəri 3500 manat olan 7 ədəd velosiped oğurlayıblar.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Chosen
17
15
ucnoqta.az

10Sources