Bakı, 3 iyun, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli iyunun 19-da Şuşa şəhərindən olan vətəndaşların müraciətlərini dinləyəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşün keçirilmə saatı və məkan barədə əlavə məlumat veriləcək.
Vətəndaşlar iyunun 15-dək Nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.