EN

Azərbaycanın bərpa olunan enerji sahəsindəyeni proqnozları

Yeniazerbaycan saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan zəngin enerji ehtiyatları və müasir yanacaq-energetika infrastrukturu ilə seçilir. Ölkə beynəlxalq layihələr çərçivəsində öhdəliklərini vaxtında yerinə yetirməklə həm regionda, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınmışdır. Bu amillər Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyini gücləndirir və regional aktorlarla yanaşı, digər dünya dövlətlərinin də diqqətini cəlb edir. Enerji müstəqilliyi enerji təhlükəsizliyinin ayrılmaz hissəsi olmaqla, mürəkkəb sosial-iqtisadi kateqoriyadır və dövlətin müstəqillik səviyyəsi həyata keçirilən enerji siyasətinin effektivliyindən asılıdır. Azərbaycan regionda enerji təhlükəsizliyinin əsas təminatçısı kimi çıxış edir və ekspertlər ölkənin enerji ixracının sabit qalacağını proqnozlaşdırırlar. Bu sabitlik Azərbaycanın enerji sahəsindəki rolunu daha da artırır, xüsusilə enerji daşıyıcılarının region dövlətləri üçün əhəmiyyəti yüksəlir.

  Prezident İlham Əliyev 2026-cı il 1 iyun tarixində Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxışızamanı da qeyd etmişdir ki,əgər 1994-cü ilə nəzər salsaq, keçmişdə Azərbaycanın çox ağır vəziyyətdə olduğunu görə bilərik. Ölkə iqtisadi baxımdan tam qarışıq, siyasi baxımdan qeyri-sabit idi. Ərazinin təxminən 20 faizi Ermənistanın işğalı altında idi. Bir milyon qaçqın var idi və həmin vaxt, bu, ola bilsin, adam başına düşən ən yüksək qaçqın sayı idi. Bizim heç bir vəsaitimiz yox idi. Elektrik enerjisini idxal edirdik. Biz hətta təbii qazı idxal edirdik. Yoxsulluq səviyyəsi 50 faizdən artıq idi. İşsizlik geniş yayılmışdı. Müstəqil ölkə kimi yaşamaq və irəliyə getməkdə bizim üçün yeganə yol sahib olduğumuz təbii sərvətlərdən istifadə idi. Azərbaycan ilk ölkə idi ki, Xəzərin ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açıq etdi. Həminvaxtdanetibarənçoxhadisələroldu.

Azərbaycan həm iqtisadi, həm də siyasi baxımdan mühüm əhəmiyyətə malikdir, çünki ölkənin böyük enerji resursları və müasir infrastrukturu vardır. Ümumilikdə, enerji təhlükəsizliyinin həlledici amil olduğu dünyada Azərbaycan bir neçə il əvvəl öz enerji müstəqilliyini təmin etmişdir. Hazırda ölkə yalnız daxili enerji tələbatını ödəməklə kifayətlənmir, həm də xam neft, neft məhsulları, təbii qaz, neft-kimya məhsulları və elektrik enerjisini ixrac edir. Bundan əlavə, Azərbaycanın bərpa olunan enerji sahəsində tamamilə yeni proqnozları mövcuddur. Birincisi, bu sahədə böyük potensial vardır; ikincisi, bu potensial ixracın şaxələndirilməsinə imkan verəcəkdir. Nəticədə, ölkə iqtisadiyyatınd aekoloji cəhətdən təmiz yeni sektor formalaşacaqdır.

Nurlana Yusifova

 YAP Samux rayon təşkilatının əməkdaşı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

1Sources