EN

Temperatur rekordları yenilənə bilər

Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dünya Meteorologiya Təşkilatı (WMO) yaxın aylarda qlobal temperatur rekordlarının yenidən qeydə alına biləcəyi barədə xəbərdarlıq edib.

BAKU.WS xəbər verir ki, iqlimə ciddi təsir göstərən El Nino hava hadisəsinin iyun-avqust aylarında baş vermə ehtimalı 80 faizə çatıb. Bu təsirin ilin sonuna qədər davam etməsi ehtimalının isə 90 faizdən çox olduğu bildirilir.

Alimlər Sakit okeanda dəniz səthinin temperaturunun sürətlə yüksəldiyini və bunun El Nino şəraitinin formalaşmasına səbəb olduğunu qeyd edirlər.

Ekspertlərin fikrincə, El Nino yalnız havaların daha da istiləşməsi ilə nəticələnməyəcək. Dünyanın müxtəlif bölgələrində uzunmüddətli isti hava dalğaları, quraqlıqlar, güclü yağışlar və daşqınlar da müşahidə oluna bilər.

Mütəxəssislər ölkələri mümkün ekstremal hava hadisələrinə qarşı əvvəlcədən hazırlıq görməyə çağırıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
1
baku.ws

2Sources