EN

Fatih Terim Türkiyə Futbol Federasiyasının prezidentliyinə namizəd irəli sürüldü

ain.az bildirir, Lent az saytına əsaslanaraq.

Tanınmış idman şərhçisi Kaya Çilingiroğlu Türkiyə Futbol Federasiyasının (TFF) düşüncə tərzində köklü bir dəyişikliyə ehtiyacı olduğunu bildirib və təcrübəli məşqçi Fatih Terimin adını potensial namizəd kimi irəli sürüb. O, həmçinin "Fənərbaxça"nın prezidentlik yarışını tənqid edərək klubun vizyonsuzluğunu sərt şəkildə qınayıb. 

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, TRT Spor-da çıxış edən Çilingiroğlu Türkiyə futbolunun idarəetmə tərzini sərt şəkildə tənqid edib və mütləq manşetlərə çıxacaq bir təklif irəli sürüb. TFF daxilində düşüncə tərzində köklü bir dəyişikliyin zəruri olduğunu iddia edən Çilingiroğlu, TFF prezidentliyinə potensial namizəd kimi təcrübəli məşqçi Fatih Terimi göstərib.

Hazırkı TFF-nin idarəetmə modelini tənqid edən Çilingiroğlu, Türkiyə futbolunun niyə idmanla məşğul olan və onun daxili quruluşunu bilən şəxslər tərəfindən idarə olunmadığını soruşub. Basketbol Federasiyasının prezidenti Hidayət Türkoğlunu nümunə gətirən məşhur şərhçi, "Onu bəyənib-bəyənməməyinizdən asılı olmayaraq, o, idmanın lap mərkəzindən gələn bir fiqurdur" deyərək, futbolun rəhbərliyində də oxşar profilin olmasının vacibliyini vurğulayıb. Bu kontekstdə Çilingiroğlu Fatih Terimin TFF prezidentliyi üçün ən uyğun namizəd olacağını irəli sürüb.

“Fənərbaxça”dakı prezidentliyə namizədlərin qarşıdan gələn seçkilərdən əvvəl gələcək üçün konkret və uzaqgörən layihələr hazırlaya bilmədiklərini iddia edən təcrübəli şərhçi komandadkı planlaşdırma çatışmazlığını belə təsvir etdi: "Onların yalnız bir məqsədi var; “Qalatasaray”ı keçə bilmək və Osimhenin olduğu heyəti dayandırmaq. Bundan başqa gələcək üçün başqa bir layihə və ya plan yoxdur".

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
1
lent.az

2Sources