BAKI, 3 iyun. TELEQRAF
Livan Prezidenti Cozef Aun İranın Küveyt və Bəhreyndə mülki obyektlərə hava hücumlarını pisləyib.
Teleqraf xəbər verir ki, o, bu hücumları iki ölkənin suverenliyinin pozulması və beynəlxalq hüquq prinsiplərinə zidd hesab edib.
Livan prezidenti həmçinin ölkəsinin Küveyt və Bəhreynlə həmrəy olduğunu qeyd edərək, bölgədə gələcək münaqişənin qarşısını almaq və gərginliyi azaltmaq üçün səylər göstərməyə çağırıb.