EN

Badam haqqında hər şey kitabı ukraynalı oxuculara təqdim olunub

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Quba, 3 iyun, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Ukrayna Qərzəkli Meyvə Bitkiləri Assosiasiyası və "Unanov adına Fermer Təsərrüfatı" MMC ilə birgə əməkdaşlıq çərçivəsində çap etdirdiyi "Badam haqqında hər şey" adlı kitabı ukraynalı oxuculara təqdim olunub.

İnstitutdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ukrayna dilində nəşr olunan kitabın təqdimat mərasimi Odessa şəhərində yerləşən Mixail Qruşevski adına Elmi Kitabxanada keçirilib.

Tədbirdə alimlər, fermerlər, aqrar sahə mütəxəssisləri, ictimaiyyət nümayəndələri və Odessa sakinləri iştirak ediblər. Təqdimat zamanı badamçılığın perspektivləri, müasir becərmə texnologiyaları və sahənin aktual problemləri ətrafında geniş fikir mübadiləsi aparılıb. İştirakçılar kitabı yüksək qiymətləndirərək, onu aqrar sahə mütəxəssisləri və fermerlər üçün dəyərli bir məlumat mənbəyi kimi xarakterizə ediblər.

Çıxış edən Ukrayna Qərzəkli Meyvə Bitkiləri Assosiasiyasının vitse-prezidenti Vasili Babanski kitabın hazırlanması və nəşri prosesindəki əməkdaşlığın əhəmiyyətini vurğulayıb, dəstəyə görə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlıya və institutun elm üzrə direktor müavini Sevil Süleymanovaya təşəkkürünü bildirib.

"Badam haqqında hər şey" kitabı Ukraynada badamçılıq mövzusuna həsr olunmuş ilk nəşrdir.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən hazırlanan “Kənd təsərrüfatı bitkilərinin zərərvericiləri” adlı atlas da artıq nəşr olunub. İlham Qaraqurbanlı, Nardan Sadıqova və Sevil Süleymanovanın həmmüəllifliyi ilə çap olunan atlas fermerlər, aqrar sahə mütəxəssisləri, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, eləcə də həvəskar bağbanlar üçün nəzərdə tutulub. Nəşrdə ölkə florasına və kənd təsərrüfatı bitkilərinə təhlükə yaradan əsas zərərvericilər, xarici və daxili karantin obyektləri, həmçinin hazırda yayılma səviyyəsi aşağı olsa da, əlverişli şərait yarandıqda kütləvi çoxalma potensialına malik zərərverici orqanizmlər haqqında ətraflı məlumat təqdim edilir.

Müxbir - Elxan Yusifli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
25
azertag.az

1Sources