EN

Gənc hücumçuya qiymət qoyuldu – 100 milyon

“Bornmut”un gənc hücumçusu Eli Junior Krupi Avropa nəhənglərinin maraq dairəsinə düşüb.

İdmanxeber.az-ın məlumatına görə, 19 yaşlı fransalı forvardın əsas arzusu PSJ-yə keçməkdir. Bununla yanaşı, “Arsenal”, “Barselona”, “Bavariya”, “Çelsi” və “Mançester Siti” də futbolçunu yaxından izləyir.

“Bornmut” isə Krupinin satışından ən azı 100 milyon avro gəlir əldə etmək istəyir.

Gənc forvard ötən mövsüm Premyer Liqada 33 oyunda 13 qol vurub.

Chosen
29
idmanxeber.az

1Sources