EN

​İkardi getsə, yerinə bu ulduz gələcək

“Qalatasaray”ın argentinalı hücumçusu Mauro İkardinin komandadakı gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir. Metbuat.az xəbər verir ki, bu ayın sonunda “sarı-qırmızılılar”dan ayrılacağı iddia edilən təcrübəli qolçunun yerinə gətiriləcək futbolçunun kimliyi artıq bəllidir. Türkiyə mediasının yazdığına görə, İstanbul klubu İkardinin gedişi ehtimalına qarşı transfer bombasını partlatmağa hazırlaşır. Söhbət ötən mövsüm “Fənərbaxça”da da forma geyinmiş ulduz futbolçu Con Durandan gedir. Həm “Qalatasaray” azarkeşləri, həm də Türkiyə idman ictimaiyyəti indi maraqla İkardinin verəcəyi son qərarı gözləyir.

Qeyd edək ki, Con Duran hazırda Rusiyanın “Zenit” klubunun şərəfini qoruyur. O, “Zenit”in heyətində 9 oyuna çıxıb. Duran 2 qol vurub və 3 məhsuldar ötürmə verib.

Chosen
17
metbuat.az

1Sources