EN

Duqindən sensasion təklif: Rusiya şəhərlərini robotlar idarə etsin

ain.az bildirir, Bizim media portalına istinadən.

Kremlin əsas ideoloqlarından sayılan filosof Aleksandr Duqin Rusiyanın meqapolislərini robotlarla məskunlaşdırmağı və şəhərlərin idarəçiliyini onlara dövretməyi təklif edib.Onun fikrincə, kütləvi robotlaşdırma maliyyə məhdudiyyətlərindən asılı olmayaraq ölkənin inkişafının əsas hədəflərindən birinə çevrilməlidir.Bizim.Media xəbər verir ki, gələcəyin Rusiyasının necə görünəcəyindən bəhs edən Duqin, "Biz quldar yox, robot sahibi (robovladels) olacağıq", deyə bildirib.Onun sözlərinə görə, ölkəyə irimiqyaslı robotlaşdırma proqramı və idarəetmə funksiyalarının süni intellektə verilməsi mütləq lazımdır: "Biz ölkəni rus robotlarından ibarət ordu ilə məskunlaşdırmalıyıq. Robotlara pulumuz çatmasa — istehsal edəcəyik... Hər bir şəhərin başında bir robot dayanacaq".Filosof hesab edir ki, belə bir modeldə pul məsələsi ikinci dərəcəlidir, əsas məqsəd texnoloji suverenliyə doğru hərəkətə başlamaqdır.Duqin robotların insanlarla müqayisədə üstünlüklərini də sadalayıb: "Birincisi, onlar daha maraqlıdırlar. İkincisi, daha dərrakəli və işgüzardırlar. Onlar adi insanı yatmağa, yeməyə, gəzməyə sövq edən bədən mütiliyindən uzaqdırlar, yalnız öz hədəflərinə fokuslanıblar... Mənə elə gəlir ki, biz də robotlar kimi olmalıyıq. Yalnız o zaman bizi kimsə əvəz edə bilməz".Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
34
1
bizim.media

10Sources