EN

Bakıda arvadını döyən ərin işində gözlənilməz qərar

Bakının Xəzər rayonunda ər-arvad arasında yaşanan mübahisə cinayət tərkibli xəsarət nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə onların birgə yaşadığı evdə baş verib. Xaçmaz rayon sakini, 1968-ci il təvəllüdlü Əsəd evində arvadı Tahirə (adlar şərtidir – red.) ilə mübahisə edib. Bu zaman o, əli ilə qəsdən vuraraq arvadına bədən xəsarəti yetirib.  

Faktla bağlı Əsədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən Əsəd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını deyib. 

Zərərçəkmiş şəxs də ərizə ilə məhkəməyə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti olmadığını bildirib.

Xəzər rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, yəni zərər çəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.

Fariz Məlikli
Demokrat.az
Chosen
40
1
demokrat.az

2Sources