EN

Orta dəhliz üzərindən yükdaşımaları illik 20 milyon tona yüksələ bilər

Orta Dəhliz üzrə ötürücülük qabiliyyəti və yükdaşımalarıının həcmi yaxın üç il ərzində mövcud 5 milyon tondan 20 milyon tona qədər arta bilər.

Trend xəbər verir ki, bunu Nəqliyyat İnnovasiyaları Assosasiyasının meneceri, Litvanın Nəqliyyat və Kommunikasiya nazirinin keçmiş müavini Yulius Skatskauskas Bakıda keçirilən 2-ci Beynəlxalq Nəqliyyat, Tranzit, Logistika Forumunda etdiyi çıxışda bildirib.

Onun sözlərinə görə, Orta Dəhliz Avropa və Asiya bazarlarını birləşdirən əsas nəqliyyat marşrutlarından birinə çevrilir.

Skatskauskas qeyd edib ki, təxminən 500 milyon əhaliyə və 20 trilyon avro həcmində iqtisadiyyata malik Avropa İttifaqı böyük bazar kimi çıxış edir və Orta Dəhliz vasitəsilə nəqliyyat əlaqələrinin inkişafı bu bazara çıxışı daha da genişləndirə bilər.

 

O vurğulayıb ki, marşrutun gələcək inkişafı üçün onun etibarlılığı, təhlükəsizliyi və dayanıqlılığı təmin edilməlidir. Bununla yanaşı, mövcud "dar boğazlara" və infrastrukturun daha da təkmilləşdirilməsinə ehtiyac olmasına baxmayaraq, dəhlizin inkişafı düzgün istiqamətdə gedir.

Litva nümayəndəsi xüsusilə Azərbaycanda həyata keçirilən infrastruktur layihələrini, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarının genişləndirilməsini yüksək qiymətləndirib və onların daşımaların səmərəliliyinin artırılması baxımından əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda Bakıda keçirilən TransLogistica Caspian 2026 sərgisi çərçivəsində təşkil olunub və dövlət qurumlarının, beynəlxalq təşkilatların və aparıcı nəqliyyat-loqistika şirkətlərinin nümayəndələrini bir araya gətirir.

Chosen
18
1
day.az

2Sources