EN

Zelenski: Rusiya ayda təxminən 120 ballistik raket istehsal edə bilər

Rusiyanın ayda təxminən 120 ballistik raket istehsal etmək gücü var ki, bu da davamlı raket terroru ilə yanaşı, bir neçə genişmiqyaslı kütləvi hücum deməkdir.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə keçirilən Ukrayna-NATO Şurasının iclasında çıxışında bildirib.

“Rusiyanın hər ay təxminən 120 ballistik raket istehsal etmək gücü var. Bunlar sadəcə ballistik raketlərdir. Rusiya həmçinin digər növ raketlər də istehsal edir. Bu o deməkdir ki, onlar artıq həyata keçirdikləri davamlı raket terroruna əlavə olaraq hər ay bir neçə genişmiqyaslı kütləvi hücum həyata keçirə bilərlər”, - deyə Zelenski bildirib və qeyd edib ki, bu, bu gün ölkənin üzləşdiyi ən böyük təhlükədir.

Çıxışında o xatırladıb ki, dünən Rusiya Ukraynada bir kütləvi hücum nəticəsində, o cümlədən uşaqlar da daxil olmaqla 23 nəfəri öldürüb. "Ruslar çox sayda drondan istifadə ediblər - gecə ərzində 650-dən çox, gündüz isə təxminən 100 dron", - deyə prezident qeyd edib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
20
1
turkustan.az

2Sources