EN

"Qalatasaray"dan 60 milyon avroluq transfer cəhdi

“Qalatasaray” “Milan” klubunun ulduz futbolçusu Rafael Leao üçün hərəkətə keçib. İddialara görə, sarı-qırmızılı klub portuqaliyalı oyunçuya 8 milyon avro sabit maaş və 2 milyon avroya qədər bonuslardan ibarət təklif təqdim edib. 

Demokrat.az
xəbər verir ki, “Milan” isə futbolçu üçün təxminən 60 milyon avro transfer haqqı tələb edir.

İtaliya mətbuatından “Calciomercato”nun jurnalisti Daniele Lonqonun xəbərinə görə, sarı-qırmızılılar “Milan” forması geyinən və komandadan ayrılması gündəmdə olan Rafael Leao üçün danışıqları davam etdirir.

Məlumata əsasən, “Qalatasaray” portuqaliyalı futbolçuya illik 8 milyon avro zəmanətli maaş və 2 milyon avroya qədər bonuslar təklif edib.

Digər tərəfdən, “Milan” 26 yaşlı futbolçu üçün təxminən 60 milyon avro transfer qiyməti gözləyir.

Geridə qalan mövsümdə 31 rəsmi oyunda meydana çıxan Leao 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Jalə
Demokrat.az
Chosen
19
demokrat.az

1Sources