EN

Azərbaycan təhsilinə mühüm yenilik gəlir: Təhsil ekspertindən AÇIQLAMA

Ajans.az xəbər verir ki, mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, Elm və Təhsil Nazirliyi ilə süni intellekt alətini hazırlayan “OpenAI” şirkətinin müvafiq əməkdaşlığı əsasında bizim həm müəllimlərin təhsil əlverişliliyi, tədris prosesinin daha təkmil qurulması, o cümlədən şagirdlər üçün informasiyaların daha çevik formada əldə edilməsi istiqamətində müvafiq əməkdaşlıqdan sonra, demək olar ki, əlverişlilik təmin olunacaq. Ekspert hesab edir ki, bu da ümumi tədris prosesində ölkə təhsilinə müsbət və mühüm faydalar sağlaya biləcək. Ekspert ölkəmizdə rəqəmsal təhsil infrastrukturunun artıq qurulduğunu xatırladıb: "Qeyd edim ki, biz artıq rəqəmsal məktəb platformasını tətbiq etmişik və təbii ki, həmin aləti rəqəmsal məktəb platformasına da inteqrasiya etdikdən sonra burada müəllimlər üçün həm qiymətləndirməni aparmaq, o cümlədən şagirdlər üçün müəyyən informasiyaların əldə olunması baxımından, düşünürəm ki, inteqrasiyadan sonra daha əlverişli bir imkan yaranacaq". Elçin Əfəndi bu resurslardan tam və səmərəli istifadə olunması üçün texniki bazanın gücləndirilməsinin vacibliyinə toxunub: "Təbii ki, bu resursdan istifadə etmək üçün biz bütün bölgə üzrə yüksəksürətli internet təminatını mütləq həyata keçirməliyik. O cümlədən, tədricən qarşıdakı dövrlər ərzində şagirdlərin fərdi kompüterlərlə təchizatını və yaxud da texnoloji alətlərlə təchizatını təmin etməyi bacarmalıyıq ki, bu kimi yeniliklər, islahatlar olduqca hər kəs üçün istifadə imkanları asanlaşsın". Süni intellekt layihəsinin tam icra müddətinə gəlincə isə, ekspert dövlət qurumlarının birgə fəaliyyətinə diqqət çəkib:

"Yəqin ki, Elm və Təhsil Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi birgə əməkdaşlıq çərçivəsində, yəqin cari ilin sonuna qədər olmasa da, ən azı növbəti il ərzində bütün istiqamətdə işlər görülərək, məhz mövcud alətlərin tətbiqini həyata keçirməklə daha çox Azərbaycan təhsilinə töhfə verəcəklər. Bu istiqamətdə işlər görəcəklərini düşünürəm".

Chosen
25
Ajans.az

1Sources