EN

16 yaşlı futbolçu "Barselona"nın tarixinə düşdü

"Barselona"nın futbolçusu Lamin Yamal La Liqanın tarixinə düşüb. Gənc hücumçu doqquzuncu turda "Qranada" ilə heç-heçə etdikləri (2:2) oyunda qol vurmaqla buna nail olub.

Birinci hissədə rəqib qapısına yol tapan oyunçu La Liqada qol vuran ən gənc oyunçu olub. "Qranada" ilə görüşdə o 16 yaş 87 günlük idi. 

Bundan əvvəlki rekord 2012-ci ilin avqustunda 16 yaş 98 günlük olarkən “Selta Viqo”ya qol vuran "Malaqa"nın futbolçusu Fabris Olinqaya məxsus idi.

Mətləb

Chosen
239
21
baki-xeber.com

10Sources