EN

Azərbaycan niyə Rusiyaya 2 milyon yumurta göndərib?

Yanvarın 14-dək Azərbaycan Rusiyaya 2,1 milyon toyuq yumurtası tədarük edib.

 

Modern.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, yanvarın 13-ü və 14-də Rusiyaya Azərbaycandan 55,72 ton (918 min ədəd) yumurta gətirilib.

 

Qeyd edək ki, keçən ilin dekabrında yumurta Rusiyada ən bahalı məhsullardan birinə çevrilib. Ölkənin 46 regionunda onların qiyməti 10-20% bahalaşıb. Rusiya prezidenti Vladimir Putin qiymət artımını tələbatın artması ilə əlaqələndirib.

 

Türkiyə, Azərbaycan və Belarus Rusiyaya yumurta tədarük etməyə hazır olduqlarını bəyan ediblər.

Chosen
287
50
modern.az

10Sources