EN

Azərbaycanla Gürcüstan mehriban qonşuluq prinsiplərinin faydalarını sübut etməyi bacarıblar - Səttar Möhbalıyev

Bakı. Trend:

Azərbaycan əlverişli coğrafi yerindən, təbii potensialındansəmərəli şəkildə yararlanaraq istər regionda, istərsə də dünyada özmövqelərini möhkəmləndirir, iqtisadi qüdrətini durmadan artırır.Ölkəmizin regionda rolu, müəllifi olduğu qlobal layihələrümumilikdə qonşu dövlətlər, o cümlədən dost Gürcüstanın iqtisadiinkişafı üçün əhəmiyyətilidir. Xüsusilə etiraf olunmalıdır ki,Azərbaycanın təşəbbüsü ilə ərsəyə gələn bu layihələr həm dəiştirakçı ölkələr arasında dostluq münasibətləri yaradıb, yeni-yenisiyasi-iqtisadi əməkdaşlıqlara yol açıb. Bildiyimiz kimi,Ermənistanın uzun illər davam edən işğal siyasəti bütövlükdəregionun inkişafına mənfi təsir göstərirdi. Azərbaycan təcavüzkardövlətin işğal siyasətini aradan qaldırmaqla yeni geosiyasi vəgeoiqtisadi reallıqlar formalaşdırıb, regionun inkişafı üçün yeniimkanlar yaradıb. Bu reallıqlardan çıxış edərək Azərbaycanın qonşuölkələr üçün əhəmiyyəti aydın görünür, bilavasitə sabitliyin vətəhlükəsizliyin qarantı kimi qəbul olunur.

Bu fikirləri Trend-əaçıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının(AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Vurğulayım ki, Cənubi Qafqazın iki əsas dövləti - Azərbaycan vəGürcüstan yerləşdikləri regionun əhəmiyyətini yüksəkdəyərləndirərək birgə əməkdaşlıq çərçivəsində uğurlu irimiqyaslıqlobal enerji və nəqliyyat-kommunikasiya layihələri həyatakeçiriblər. Gürcüstanın tranzit imkanları şərait yaradıb ki,Azərbaycan enerji resurslarını və digər yükləri dünya bazarınaçıxara bilsin. Bu gün Azərbaycan-Gürcüstan münasibətləri dünyadövlətləri üçün bir nümunə təşkil edir, bütün aspektlərdədövlətlərimizin anlaşa bilmədiyi məsələ yoxdur. Həmçinin hər ikiölkə mehriban qonşuluq prinsipinin əhəmiyyətini və faydalarını özmünasibətləri çərçivəsində sübut etməyi bacarıblar. Statistikməlumatlara əsasən, təkcə ötən il ölkələrimiz arasında ticarətdövriyyəsinin həcmi 771 milyon ABŞ dolları olub. Bu ilyanvar-avqust aylarında isə ikitərəfli ticarət dövriyyəsi 612,87milyon ABŞ dollarını keçib, ikitərəfli ticarətin saldosu isə müsbət444 milyon ABŞ dolları təşkil edib. Həmçinin ümumilikdəGürcüstandan Azərbaycana 279 milyon, Azərbaycandan Gürcüstana isə3,4 milyard ABŞ dolları məbləğində investisiya yatırılıb. Təbii ki,qeyd olunan rəqəmlər yüksək göstəricidir və bu sahədə genişlənənəməkdaşlığı əks etdirir”, - AHİK sədri bildirib.

Onun sözlərinə görə, dövlətimizin başçısı cənab İlham Əliyevinqardaş Gürcüstana son səfəri, sözsüz ki, münasibətlərimizin daha dainkişafına, xüsusi əhəmiyyət kəsb edən və qarşılıqlı maraq doğuransahələr üzrə əlaqələrin dərinləşməsinə mühüm töhfələr verəcək:“Tbilisidə Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakliQaribaşvili mətbuata bəyanatla çıxışları zamanı iki ölkə arasındamövcud münasibətləri yüksək dəyərləndirdilər və gələcəkperspektivlərdən söz açdılar. Ölkələrimiz arasında enerji,nəqliyyat, logistika, dəmir yolu və digər sahələrdə əməkdaşlığıngenişləndirilməsi istiqamətində mühüm işlər görülür. Baş naziriİrakli Qaribaşvili həmçinin Azərbaycanın ərazi bütövlüyünü vəsuverenliyini dəstəklədiklərini bildirdi. Məlumdur ki, hər iki ölkəbütün müstəvilərdə bir-birinə kömək olub. Yeri gəlmişkən,Azərbaycan BMT Baş Assambleyasının müxtəlif vaxtlarda Gürcüstanlabağlı keçirilən sessiyalarında qəbul olunan qətnamələrin lehinə səsverməklə dost ölkəyə dəstək olmuşdur”.

“Dövlətimizin başçısı çıxışı zamanı Ermənistanla Azərbaycanarasında normallaşma prosesinə toxundu və bunun bölgə üçünəhəmiyyətini vurğuladı. Azərbaycan ilk vaxtlardan sülh səylərinidavam etdirib, müxtəlif platformalarda bu istiqamətdə aparılandanışıqları dəstəkləyib. Təbii ki, Ermənistan dövləti də realvəziyyəti düzgün qiymətləndirib, xalqının gələcəyini düşünüb oxşaraddımlar atmalıdır. Sözsüz ki, bu, onlar üçün daha çox vacibdir”, -Milli Məclisin deputatı qeyd edib.

Səttar Möhbalıyev əlavə edib ki, Azərbaycanla Gürcüstan arasındaölkə rəhbərləri çərçivəsində təşkil olunan qarşılıqlı səfərlər,aparılan müzakirələr, imzalanan sənədlər, həmçinin yeni layihələrüzərində iş əməkdaşlığımızın gələcək uğurlarından xəbər verir.

Məqalədə:
Chosen
150
7
az.trend.az

7Sources