EN

Biləsuvar sakini buzlu yolda yıxılaraq öldü

Biləsuvar rayon sakini buzlu yolda yıxılaraq dünyasını dəyişib.

Publika.az-ın məlumatına görə, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Məlumata görə, Biləsuvar şəhər sakini, 1958-ci il təvəllüdlü Cəmil Rəhimov piyada yolunda hərəkət edərkən buzlu yolda sürüşərək yıxılıb.

Baş nahiyəsindən ağır xəsarət alan C.Rəhimov xəstəxanaya çatdırılarkən yolda vəfat edib.

Chosen
193
20
publika.az

10Sources