Məsələ ilə bağlı yaranan sualları “Bravo” supermarketlər şəbəkəsinə ünvanladıq. Şəbəkənin PR meneceri Pərvanə Mədətli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, şəbəkə fəaliyyətə başladığı ilk gündən qida təhlükəsizliyi qaydalarına ciddi şəkildə riayət edir:
“Qida təhlükəsizliyi qaydaları, məhsulların saxlanma şəraiti ilə bağlı mütəmadi olaraq əməkdaşlarımıza təlimlər keçirilir.
Qeyd olunan məsələ ilə bağlı bildirmək istəyirik ki, şəbəkəmizə aid mağazalarda gün ərzində bütün kateqoriyalara baxış keçirilir. Təbii ki, istehsal müddəti bitmiş, istifadəyə yararsız məhsullar rəflərdən mütəmadi olaraq yığışdırılır.
Meyvə-tərəvəzin yoxlanılması zamanı çürümə, kiflənmə, qurdlanma və s. kimi problemlər varsa, onlar istehlaka yararsız olduğundan tullantı olaraq dəyərləndirilir.
İnsanların sağlamlığı bizim şəbəkə üçün prioritetdir. İstehlaka yararsız məhsulların insanlar tərəfindən istifadəsinə icazə verilməsi isə birbaşa qanun pozuntusudur. “Bravo” bu məsuliyyəti anlayır və bu kimi halların qarşısını almaq üçün əlindən gələni edir.
Əlavə olaraq onu da qeyd edək ki, şəbəkəmiz müxtəlif KSM (korporativ sosial məsuliyyət) layihələrinin birbaşa təşkilatçısı və əsas dəstəkçisidir. Marketlər şəbəkəsi bu kimi layihələrdə həm təşkilatçı, həm də dəstək göstərən qurum kimi iştirak edəndə ümumi strategiya ənənəsini saxlayır - daim keyfiyyətli, təzə məhsulların təqdimatını əsas götürür”.
6Sources
-
cebheinfo.azZibil yeşiyinə atılan ərzaqlar haqda “Bravo”dan açıqlama ( 2985841)
-
yenicag.azZibil yeşiyinə atılan ərzaqlar haqda “Bravo”dan AÇIQLAMA ( 2985832)
-
demokrat.azZibil yeşiyinə atılan ərzaqlar haqda “Bravo”dan açıqlama — VİDEO ( 2985295)
-
yenisabah.azZibil yeşiyinə atılan ərzaqlar haqda “Bravo”dan açıqlama ( 2984959)
-
oxu.azSupermarketlərdə yararsız məhsullar niyə zibil qablarına atılır? - AÇIQLAMA + VİDEO ( 2984134)
-
oxu.azSupermarketlərdə yararsız məhsullar niyə zibil qablarına atılır? - AÇIQLAMA + VİDEO ( 2983111)