EN

Hüquq müdafiəçisi: “Siyasi partiyaların seçki prosesində iştirakı üçün geniş imkanlar yaradılıb”

“Fevralın 7-nə təyin edilmiş prezident seçkiləri “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsindən və siyasi partiyaların təkrar dövlət qeydiyyatına alınmasından sonra reallaşdırılan ilk seçki prosesidir. Bu baxımdan siyasi partiyaların indiki prezident seçkilərinə xüsusi maraq göstərmələri anlaşılandır”. Bunu secki-2024.azsaytına açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Hüquqşünas qeyd edib ki, “Siyasi partiyalar haqqında” yeni Qanun əhatə etdiyi qurumların seçkilərdə iştirakı ilə bağlı əlavə imkanlar yaradıb:

“Seçki prosesi həm də bir yarışdır. Bu prosesdə iştirak edən siyasi partiyalar özlərinin potensiallarını müəyyənləşdirirlər və gələcək fəaliyyətləri üçün şərtləri təmin edirlər. “Siyasi partiyalar haqqında” yeni Qanun siyasi partiyalara bu istəklərini reallaşdırmaq üçün geniş imkanlar yaradır. Mütərəqqi seçki qanunvericiliyimiz isə bu imkanları daha da genişləndirir”.

Çingiz Qənizadə vurğulayıb ki, siyasi partiyalar parlament, prezident və bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin (referendumun) keçirilməsində iştirakla bağlı hüquqlara malikdirlər:

“Siyasi partiyalar haqqında” Qanunun 12-ci maddəsinin (Siyasi partiyanın hüquq və vəzifələri) 12.1.4-cü bəndi siyasi partiyaların hüquqlarını, 12.3.3-cü bəndi isə siyasi partiyaların Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin (referendumun) keçirilməsində iştirakı ilə bağlı vəzifələrini özündə ehtiva edir. O cümlədən, bu müddəalar siyasi partiyalara Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş müvafiq hüquqlardan faydalanmaq üçün də geniş imkanlar  yaradır”. 

Chosen
865
50
yeniazerbaycan.com

10Sources