EN

"İmarət" Kompleksi Azərbaycanın kollektiv yaddaşı üçün çox vacibdir - İtaliyalı ekspert (FOTO)

Ağdam. Trend:

Ağdamda yerləşən "İmarət" Kompleksi Azərbaycanın kollektivyaddaşı üçün çox vacibdir.

Trend xəbərverir ki, bunu bərpa və müharibədən sonrakı beynəlxalq ssenarilərüzrə ekspert Alessandro Bianki Ağdamda yerləşən "İmarət"kompleksinin restavrasiyası üzrə işlərlə tanışlıq zamanı deyib.

"Ermənilər işğaldan sonra buradan heyvanlar, o cümlədəndonuzlar, inəklər və s. üçün tövlə kimi istifadə edib və bütünməzarlıqları xaraba qoyublar. Azərbaycan əraziləri işğaldan azadolunandan qısa müddət sonra biz buraya gələndə abidənindağıdıldığını, təhqir olunduğunu və təyinatı üzrə istifadəolunmadığını aşkarladıq. İndi isə məsələ Azərbaycanın kollektivyaddaşı üçün çox mühüm olan bu kompleksi necə bərpa etməkdənibarətdir", - deyə o bildirib.

Onun sözlərinə görə, "İmarət" Kompleksinin restavrasiyası üzrəişlər iki əsas hissəyə ayrılıb.

"Birincə hissəyə restavrasiyadan, yəni binanın fizikibərpasından ibarətdir. Kompleks iki əsas binadan və beş mavzoleydənibarətdir. İşlərin ikinci hissəsi tamamilə dağıdılmış məzarlığınbərpasından ibarətdir", - o deyib.

Bianki işğal müddətində əksər qəbirüstü daşların yerinindəyişdirildiyini və qəbirlərin yerləşməsinə dair məlumatın itdiyiniqeyd edib.

Qeyd edək ki, Ağdam rayonunda erməni vandalizminə məruz qalantarixi-memarlıq abidələrindən biri də Qarabağ xanlığının banisiPənahəli xanın sarayıdır. XVIII əsrə aid bu tarix-memarlıq abidəsiAzərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərəkdəbdəbəli ev xüsusiyyəti daşıyıb. İşğal altında olmuş ərazilərdəkidigər tarixi-mədəni, dini abidələr kimi, Pənahəli xanın imarəti dəişğalçılar tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb.

Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraqPənahəli xanın sarayının yerləşdiyi “İmarət” Kompleksinin bərpaedilməsi üçün işlərə başlanılıb. Kompleksin bərpası ilə bağlıxarici mütəxəssislər tərəfindən hazırlanmış konsepsiya 2022-ci iloktyabrın 4-də dövlətimizin başçısına təqdim olunub və işlərəbaşlanılıb. Konsepsiyaya əsasən, kompleks Pənahəli xanın sarayı,türbələr və Qarabağ atları parkından ibarət olacaq, xanın sarayıbərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Chosen
246
50
az.trend.az

10Sources