Yediyimiz qidaların sağlamlığımıza böyük təsiri var. Bol tərəvəz istehlak etmək və şəkəri minimuma endirmək sağlam yaşamaq üçün yaxşı başlanğıc hesab olunur.
Tərkibindəki C vitamini sayəsində meyvələr əzələ zədələrini və ağrıları azaldır, kollagen istehsalı ilə göz sağlamlığını dəstəkləyir. Bu qidalardan bir neçəsi insan orqanizminə xeyirli olduğu qədər yaşlanmanın da qarşısını alır.
Pomidor

Pomidor yemək dərimizi "içəridən xaricə" qocalmaqdan qoruyur və qırışlarla mübarizə aparmağa kömək edir. Pomidordan başqa, ispanaq, qırmızı bibər, kök və kələm kimi tərəvəzlər də antioksidan piqmentlərlə doludur.
Makaron məmulatları
Makaron məmulatları yaşlanma əleyhinə effektiv olan məhsullardan hesab olunur. Bunlara sıyıq, qəhvəyi makaron və düyü daxildir. Tərkibi yalnız taxıl məhsullarından ibarət qidalar, hormonları yaşlandıqca dəyişməyə başlayan qadınlarda enerjini tarazlaşdırmaq üçün xüsusilə faydalı ola bilər. Ağ və təmizlənmiş karbohidratlardan fərqli olaraq, onlar enerjini yavaş-yavaş buraxdıqları üçün dərimizdəki kollageni zədələmir. Bu qidalar ürək xəstəliyi, bağırsaq xərçəngi, diabet, insult kimi ölümcül xəstəliklərin riskini azaltmağa kömək edir.
Fındıq

Fındıq E vitamini, zülal və omeqa-3 yağ turşuları və dərinin yenilənməsinə kömək edən sink kimi minerallarla zəngindir.
YaÄŸlar

Somon və Sardina kimi yağlı balıqlar qan təzyiqini və ümumi ürək sağlamlığını idarə etməyə kömək edən vacib omeqa-3 yağları ilə zəngindir. Bu yağlar həm də təbii yağ baryerini qoruyaraq, dərini nəmləndirir və incə xəttlərin görünüşünü azaldaraq dərinizin gözəl görünməsini təmin edir. Sağlam yağların başqa bir mənbəyi ürək sağlamlığına kömək edə bilən zeytun və kolza yağıdır.
Ülkər Abdurahmanlı