EN

Azərbaycanda müşahidə edilən faktiki hava

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb...Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkədə şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.Bildirilib ki, saat 12:00-a olan məlumata əsasən, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 27-32 m/s, Daşkəsəndə 25 m/s, Naftalanda 22 m/s, Şamaxı, Qobustan, Şəkidə 18 m/s, Altıağacda 17 m/s, Şabranda 16 m/s-dək güclənib.Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, Aran rayonlarında 13 dərəcəyədək isti, Naxçıvan Muxtar Respublikasında 3 dərəcəyədək isti, dağlıq rayonlarda 3-7 dərəcə isti qeydə alınıb.Qeyd edilib ki, ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti yanvarın 17-si axşamadək davam edəcək.Poliqon.info

Chosen
343
50
poliqon.az

10Sources