ABŞ Husiləri yenidən terrorçu siyahısına saldı
ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan Qırmızı dənizdə davam edən hücumlara görə Yəmən husilərini yenidən Xüsusi Təyin olunmuş Qlobal Terrorçular siyahısına əlavə edildiyini bildirib. Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ceyk Sullivan verdiyi yazılı açıqlamada husilərin Qırmızı dəniz və Ədən körfəzində davam edən hücumlarının terror aktlarına uyğun olduğunu ifadə edib.Qeyd edib ki, bunlar ABŞ personalını, mülki dənizçiləri və tərəfdaşlarımızı, qlobal ticarəti təhlükə altına qoyur və naviqasiya azadlığını təhdid edir.Sullivan, bu qərarın Husilərin terrorun maliyyələşdirilməsinin qarşısını almaq, maliyyə bazarlarına çıxışlarını daha da məhdudlaşdırmaq və onları məsuliyyətə cəlb etmək məqsədi daşıdığını açıqlayıb.Sullivan ABŞ-ın Yəmən xalqını deyil, husiləri hədəf aldığı üçün humanitar yardımın kəsilməməsi məqsədi ilə qərarın 30 gün sonra qüvvəyə minəcəyini bildirib və husilərin hücumlarını dayandıracağı təqdirdə ABŞ-ın bu qərarı yenidən qiymətləndirəcəyini açıqlayıb.ƏfsanəManşet.az