EN

Pentaqon İraq və Suriyadakı ABŞ bazalarına 140 hücum həyata keçirildiyini bildirib

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) oktyabrın 17-dən bu yana İraq və Suriyada ABŞ qüvvələrinə qarşı ümumilikdə 140 hücumun həyata keçirildiyini açıqlayıb.

Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq gündəlik mətbuat konfransında Orta Şərqdəki hadisələri dəyərləndirərək deyib:

"Oktyabrın 17-dən bu yana İraq və Suriyadakı ABŞ bazalarına ümumilikdə 140 hücum edilib. Bunlardan 57-si İraqda, 83-ü isə Suriyada oub.

S.Sinq Qırmızı dənizdə ticarət gəmilərinə edilən hücumlara da toxunaraq,  Yəməndəki husiləri hücumları dayandırmağa çağırdığını təkrarlayıb.

Jurnalist Sinqə İsrailin Qəzzaya hücumlarını dayandıracağı təqdirdə husilərin hərəkətlərinə son qoyacağını bəyan etdiyini xatırladanda Sinq Qırmızı dənizdə baş verənlərlə Qəzzada baş verənlər arasında heç bir əlaqə olmadığını iddia edib.

Qeyd edək ki, ABŞ rəhbərliyi Yəməndə husilər kimi tanınan Ənsarullah Hərəkatını Qırmızı dənizdəki hücumlarına görə “xarici terror təşkilatları” siyahısına daxil edib.



Chosen
314
43
trt.net.tr

10Sources