EN

Aİ Rusiyaya qarşı yeni sanksiyalar

Avropa İttifaqı Rusiyaya qarşı 13-cü sanksiyalar paketinin müzakirəsinə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, fevralın 24-də təsdiqlənəcəyi gözlənilən yeni sanksiyalar paketi yeni ticari məhdudiyyətləri və genişlənmiş sanksiyalar siyahısını əhatə edəcək.

Qeyd olunub ki, Aİ ölkələrinin səfirlərinin görüşündə, həmçinin, sanksiyalardan yayınma ilə mübarizə tədbirləri müzakirə edilib.


Müəllif: Teleqraf.com
Chosen
410
37
teleqraf.com

10Sources