Aktrisa və müğənni Cennifer Lopez İtaliyanın “Intimissimi” alt paltarı brendinin Sevgililər Günündə təqdim olunacaq yeni reklam kampaniyasında rol alıb.Xatırladaq ki, 2021-ci ildə Cennifer Lopez Ben Affleklə ayrıldıqdan 18 il sonra yenidən onunla bir araya gəlib. 2022-ci ilin yazında Ben Afflek müğənniyə evlilik təklifi edərək, dəyəri 5 milyon dollardan çox olan üzük verib. 2022-ci ilin iyul ayında məşhurlar Las-Veqasda (ABŞ) gizli mərasim keçirərək evləniblər.

Saglamolun.Az