EN

Fransa liderinin “soyuq duşa” ehtiyacı var ŞƏRH

Necə deyərlər, öz gözündə tükü görmür, özgə gözündə qıl axtarışı edir. Özü də kimlər - cinayətkar keçmişi olan Fransa. Çünki Fransa haqq-ədalət və ümumilikdə hansısa azadlıqlar mövzusundan danışacaq ən son dövlət olmalıdır. Belə olmasaydı Azərbaycanın öz tarixi torpaqlarını düşmən tapdağından azad edərək ərazi bütövlüyünü bərpa etməsi hələ də bəzi qüvvələri, Fransa kimi ölkənin rəhbərliyini ciddi narahat edir. Belə olmasaydı, nə Paris meriyası, nə də Fransa Senatı həll olunmuş münaqişəni separatçılara dəstək məqsədilə yenidən alovlandırmağa hesablanmış addımlar atmazdı. Fransanın Azərbaycan Respublikasının ərazisində ikinci erməni dövlətinin yaradılmasına yönəlik cəhdləri qəti şəkildə pislənir, işğalçıya dəstək verən Parisin son davranışları hiddət doğurur. Və yaxın keçmişində müstəmləkəçi olan Fransanın indi hansısa “azadlıqlar”dan danışması absurddur. Çünki bu ölkənin tarixinə nəzər saldıqda Fransa nəinki Avropa, ümumilikdə dünya dövlətləri içərisində özünün işğalçılıq və müstəmləkəçilik siyasəti ilə seçilib. Yəni bu istənilən ölkədə kitablardan oxunması mümkün olan tarixdir. Heç kim bunu Fransaya şər-böhtan kimi demir, yazmır. Fransanın tarix boyu Şimali Afrika, Asiya, hətta Şimali Amerikada törətdiyi soyqırımlar, qırğınlar və apardığı işğalçılıq siyasəti səngiməyib. Bu ölkə müstəmləkəçiliyi ilə seçilib və xüsusən də Afrikada fransız hərbçilərinin dinc sakinlərə hansı vəhşiliklər etməsi ilə bağlı yüzlərlə fakt mövcuddur. Ötən əsrin əvvəllərinə nəzər saldıqda görərik ki, indi özünə Avropanın demokratik dövləti deyən Fransa Türkiyəni belə parçalamağa çalışırdı, burada ermənilərə dövlət yaratmaq planları var idi. Hər cür murdar əməllərə əl atdılar ki, bu plan reallaşsın. Hətta Fransa ordusunun tərkibində sayı minlərlə olan erməni legionu yaradılmışdı. Dinc sakinlərin, türklərin qırğınına da məhz silahlandırılmış erməni dəstələri səbəb olmuşdu. Əgər ermənilərin özlərinin dediyi kimi həmin dövrdə etdikləri qələtlərə görə itkilər veriblərsə, bu gün Ermənistan Türkiyədən yox, Fransadan təzminat istəməlidir. Çünki onları qırğınlara təhrik edən, Türkiyəyə qarşı qaldırıb torpaq iddiasına salan Fransa idi.Və bu Fransa Senatının sədri Jerar Larşenin verdiyi qərəzli və birtərəfli açıqlamaları onun ölkəsinin Minsk qrupu həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə qətiyyən uzlaşmır. Ən maraqlısı isə Senatın sədri öz açıqlamalarında bir tərəfdən Minsk qrupunun fəaliyyətinin yenidən canlandırılmasına, onun işinə yeni impuls verilməsinə çağırış edir, digər tərəfdən isə açıq ermənipərəst və anti-Azərbaycan, anti-Türkiyə mövqe nümayiş etdirir.Fransanın Cənubi Qafqaz regionunda destruktiv siyasət həyata keçirməsi, bu məsələdə Ermənistandan vasitə olaraq istifadə etməsi məlum həqiqətdir. Hazırda bu istiqamətdə siyasətini davam etdirən Fransa Ermənistanı silahlandırmağa xüsusi diqqət edir. Bu məsələ bir neçə gün əvvəl Fransa Senatının sədri Jerar Larşenin Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşündə də diqqət mərkəzinə gəlib. Bir sözlə, Fransa Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıqları qəbul etmək istəmir. Elə buna görə Fransanın Ermənistana silah təchizatını həyata keçirməsi üçün uzun müddətdir ki, müzakirələr aparılır. Eyni zamanda, ATƏT-in Minsk qrupu formatının iflasa uğramasından sonra Fransa hər vəchlə Ermənistana yardım etmək istəyini gizlətmir.Onu da qeyd edim ki, Fransa Senatı və Milli Assambleyasının Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin tanınması ilə bağlı qəbul etdiyi qərarları unutmamışıq. Bizi ən çox narahat edən məqam bu cür qərəzli addımların tərəfdaş hesab etdiyimiz ölkə tərəfindən atılmasıdır. Ən maraqlısı isə, bu il Azərbaycanla Fransa arasında diplomatik əlaqələrin qurulmasının 32 illiyi qeyd olunacaq. Belə bir məqamda Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lömuan Ermənistanda səfəri zamanı Türkiyədə və “artsax”da “erməni mədəniyyətinin izləri”nin silinməsindən bəhs etməsi, sadə dillə desək, siyasi ciddiyyətdən uzaqdır. Bu təəccüb də doğurmur, çünki xisləti, əqidəsi budur. Necə deyərlər: ilanın ağına da lənət, qarasına da. Baxın, Azərbaycan Fransada dünya mədəni irsinin nümunələrinin qorunması və bərpasına dəyərli töhfələr verib. Bu faktların fonunda Fransa senatı sədrinin açıqlamaları Azərbaycan xalqının bu ölkəyə onsuz da kövrək olan etimadını bir qədər də sarsıtmaqla yanaşı həm də postkonflikt dövründə iki xalq arasında qarşılıqlı dialoq mühitinin formalaşmasına, davamlı sülh və sabitlik formulunun tapılması səylərinə də ciddi zərbədir. Azərbaycan 44 günlük müharibə nəticəsində öz ərazi bütövlüyünü bərpa edib. Fransanın da həmsədri olduğu ATƏT-in Minsk qrupunun 30 il ərzində təmin edə bilmədiyi sülhə nail olduğunu göstərdi. Əgər Fransa Senatının sədri həqiqətən tərəfsiz və ədalətli olmaq niyyəti güdmüş olsa idi, səfərini təkcə Ermənistana deyil, regiona edər, Azərbaycana da rəsmi səfərə gələrdi, işğaldan yenicə azad olunmuş ərazilərimizdə 30 il ərzində Ermənistan tərəfindən törədilmiş vandalizm və barbarlığı, bu gün “Qafqazın Xiroşiması” adlandırılan Ağdam şəhərini öz gözləri ilə görmüş olardı. Nə edirlərsə etsinlər məqsəd bəllidir: qərəzli və birtərəfli mövqe nümayiş etdirmək. Ancaq Fransa Senatı heç bir fakta əsaslanmadan Dağlıq Qarabağda erməni mədəni irsinin guya dağıdıldığı iddiası ilə çıxış edir. Çünki 90-cı illərdə və sonrakı dövrdə girov götürülmüş azərbaycanlıların taleyi heç vaxt Fransa siyasətçilərinin diqqətini çəkməyib. Ancaq Azərbaycan ərazisində terror törətməyə cəhd edən erməni diversantların qaytarılması ilə bağlı hüquqi əsası olmayan iddialarla çıxış ediblər. Əgər belə olmasaydı, Fransa minalanmış ərazilərin xəritələrinin verilməsi ilə bağlı bu günə qədər bir təşəbbüs irəli sürərdi, acaq təəsssüf ki, belə bir addım atılmayıb. Və bu gün Azərbaycan haqlı olaraq ATƏT-in Minsk Qrupunun 3 həmsədrindən biri olan Fransadan balanslaşdırılmış, ədalətli mövqe gözləmir, bunu Fransa rəsmilərinin açıqlamaları bir daha göstərir. Çünki Fransa Azərbaycan və Ermənistan arasında əlaqələrin bərpasında, davamlı sülhün təmin edilməsində maraqlı deyil. Və Fransa Senatının sədrinin Ermənistanda verdiyi açıqlamalar Azərbaycan xalqlarının bu ölkəyə onsuz da gövrək olan etimadını daha da zəiflədir.Dəyişməyən xislət, yoxsa saxta populizm?Fransa prezidenti Emmanuel Makron dəfələrlə Ermənistana dəstək olacağını qeyd edib. Fakt: «Biz erməniləri heç vaxt tərk etməyəcəyik. Biz həmişə davamlı sülhün bərqərar olması üçün həll yolları axtaracağıq. Mən qarşıdan gələn bayramları sülh və humanitar sahədə nailiyyətlər dövrünə çevirməyə çağırıram"- yazan Makron səhərisi feysbukdakı hesabında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü ilə bağlı paylaşımda yazıb: «Biz davamlı sülh üçün həll yolları tapmalıyıq. Dünən axşam Prezident Əliyevlə, sonra da baş nazir Paşinyanla birgə irəlilədik”.Bax, bu yerdə qalırsan nə deyəsən. Göründüyü kimi, bir-birindən absurd olan fikirlər, və yaxud Makronun absurd bəyanatları. «Azərbaycan qoşunları Ermənistan ərazisini tərk etməlidir və tərəflər tutduqları mövqelərə qayıtmalıdırlar”, deyən Makron bildirib ki, «mən həmçinin bütün əsirlərin azad edilməsi, humanitar təşkilatların regiona çıxışına qoyulan məhdudiyyətlərin götürülməsi zərurəti və mürəkkəb minalanmış zonalar məsələsi haqqında düşünürəm».Göründüyü kimi, bir-birindən absurd olan bu cümlələri oxuyarkən Fransa liderinin “soyuq duşa” ehtiyacı olduğu hiss olunur. Onun “Azərbaycan qoşunları Ermənistan ərazisini tərk etməlidir, tərəflər tutduqları mövqelərə qayıtmalıdırlar” açıqlaması bu ölkənin liderinin nə qədər absurd nəzər nöqtəsinə malik olduğunun sübutudur.Bir sözlə, Emmanuel Makron Fransanın ən ziddiyyətli prezidentlərindən biri, bəlkə də ən birincisidir. Fransız siyasətçilər Makron haqqında belə deyirlər: “O, hamı ilə dostdur, amma heç kimin dostu deyil”.İngilis siyasətçilərin də gəldiyi qənaət budur: “Makron erməniləri müdafiə etməyə məhkum və məcburdur, onu qorxudan əsas məsələ isə odur ki, prezident kimi birtərəfli mövqeyi sonda Fransanın ATƏT-in Minsk qurpundakı həmsədrlikdən uzaqlaşdırılması, regionda təsir imkanlarının hədsiz şəkildə azalması ilə nəticələnə bilər”.Fransız siyasətçilər hesab edirlər ki, “Makronun Qarabağ məsələsindəki hazırkı mövqeyi onun ənənəvi və axına qarşı getmə instinkti (psixoloji durumu) və Fransanın maliyyə sistemindəki erməni dostlarının olması ilə bağlıdır”.Türkiyəli ekspertər düşünürlər ki, Makron kiçik hərəkətlərdən özünə böyük düşmənlər qazana bilmək “qabiliyyətinə” malikdir. Elə sonda Makronun dediyi fikir bir daha onun xislətini göstərir: «Biz heç vaxt erməniləri tək qoymayacağıq. Həmişə davamlı sülh üçün həll yolları axtaracağıq. Qarşıdan gələn bayramların sülh və humanitar sahədə nailiyyətlər dövrünə çevrilməsinə çağırıram».Bəli, bu Makronun sifəti, xislətidir. Belə ki, bu sifətin xisləti olduğunu Makronun prezidentliyi dövründə Azərbaycana səfər etmədiyində gördük. Məhz Makronun bu sifəti nüfuzunu sürətlə itirməkdə olan Fransaya nifrət edən ölkələrin sayı kifayət qədər artmaqdadır. Artıq keçmiş müstəmləkəsi olan bir neçə Afrika ölkəsi ayağa qalxaraq həmin ölkələr də Fransafobiya təbliğatı aparılır, hətta silahlı mübarizəyə hazırlıq görülür. Fransa bunların hamısını da özü öz müstəmləkəçilik siyasəti və əməlləri ilə qazanıb. Bu isə Makron Fransasına yaxşı heç nə vəd etmir.Ancaq Azərbaycan gündən-günə inkişaf edən güclü Qalib dövlətdir və Fransa kimi ikili siyasət yeridən bir dövlətin bizim işlərimizə qarışmağa heç bir haqqı çatmır. Və bu gün havadarlarına arxalanaraq ölkəmizi təxribatlara çəkib növbəti müharibə ilə “hədələyən” revanşistlər də anlamırlar ki, artıq Azərbaycan bütün gedişlərini kökündən dəyişib və bölgədə baş verən istənilən hadisəyə diqqət yetirir, hər şeyə nəzarət edir. İndi diktəni edən Qalib ölkənin Qalib Lideri Prezident İlham Əliyevdir və Onun dediyi söz imzası qədər keçərli və güclüdür! Bir sözlə, Azərbaycan bölgədə davamlı sülh və sabitliyin yaranması üçün təkcə təşəbbüslə çıxış etmir, eyni zamanda, bu məsələdə öz əməli töhfəsini verir. Və Makron və onun kimi ikili standartlardan çıxış edən qərəzli Qərb liderləri anlamırlar ki, nə qədər yarıtmaz mövqey nümayiş etdirsələr də Azərbaycanı haqq işindən yayındıra bilməyəcək. Və buna əmin ola bilərsiniz ki, «Dəmir Yumruq» yerindədir!!Bir sözlə, bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət, diplomatik siyasətinin reallığıdır.ZƏRİFƏ QULİYEVA,YAP Veteranlar Şurasının üzvü , “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri

Chosen
364
50
sesqazeti.az

10Sources