Tarix: 24 Yanvar 2024 08:10
Aralarında ilk türk astronavtı Alper Gezeravcının da olduğu "Axiom-3" (Ax-3) komandası stansiyada təcrübələrə başlayıb. NASA bu günə qədər Beynəlxalq Kosmik Stansiyada apardığı təcrübələri paylaşıb.
Milli.Az publika.az xəbər verir ki, bu gün dünyanın hər yerindən 11 nəfər astronavt və kosmonavt Beynəlxalq Kosmik Stansiyada birlikdə yaşayır və işləyir. Aralarında Alper Gezeravcı da daxil olmaqla dörd Ax-3 astronavtı, iki həftəlik ikitərəfli əməliyyatlara və təcrübələrə başlayıb.
NASA Axiom-3 komandasının indiyə qədər apardığı təcrübələri Beynəlxalq Kosmik Stansiyanın sosial media hesabında paylaşıb. Türk astronavt Alper Gezeravcı kosmik gəmilərin həyati dəstək sistemlərinin saxlanması və Yer kürəsində məhsul məhsuldarlığının artırılması yollarını axtaran kosmik botanika təcrübəsi üzərində çalışıb.
Ax-3 komandiri Michael López-AlegrÃa Pilot Valter Villadei ilÉ™ birlikdÉ™ YerdÉ™ vÉ™ kosmosda saÄŸlamlığı yaxşılaÅŸdırmaq üçün mikroqravitasiyanın Alzheimer kimi neyrodegenerativ xÉ™stÉ™liklÉ™rin biokimyasına necÉ™ tÉ™sir etdiyini araÅŸdırıblar. XÉ™rçəng xÉ™stÉ™liklÉ™rin qarşısının alınması vÉ™ proqnozlaÅŸdırılması mÉ™qsÉ™di daşıyan tÉ™dqiqat üçün nümunÉ™lÉ™r flüoresan mikroskopa yerləşdirilib.
Astronavt Marcus Wandt ionlaşmış qaz, neytral qaz və mikron ölçülü hissəciklərdən ibarət aşağı temperaturlu qaz qarışıqlarını müşahidə edərək plazma fizikasını araşdırıb.
Milli.Az