EN

Mərkəzi Gömrük Hospitalı fəaliyyət göstərdiyi 15 il ərzində vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərib - Bəxtiyar Musayev

Bakı. Trend:

25 dekabr 2023-cü il tarixində tibb sahəsində bir çoxyeniliklərə imza atmış, Azərbaycanın qabaqcıl səhiyyə ocaqlarındanbirinə çevrilmiş, vətəndaşlara yüksək keyfiyyətli və güvənli tibbixidmət göstərən Mərkəzi Gömrük Hospitalının yaranmasının 15 ilitamam olub.

Bu münasibətlə Gömrük Hospitalının rəisi, baş həkim, tibbxidməti polkovnik-leytenantı, ümumi cərrah, t.e.d. Bəxtiyar MusayevMərkəzi Gömrük Hospitalında son 15 il ərzində həyata keçirilmişunikal əməliyyatlar, tibb sahəsində tətbiq olunan yeniliklər vəfəaliyyəti barədə suallarımızı cavablandırıb.

- Bəxtiyar müəllim, ilk növbədə, Mərkəzi GömrükHospitalının 15 il müddətində qazandığı uğurlar və fəaliyyətibarədə məlumat verərdiniz.

- Mərkəzi Gömrük Hospitalı 15 illik inkişaf yolu keçərəkAzərbaycan səhiyyə sistemində öz layiqli yerini tapmışdır. Bu günHospitalın ölkənin aparıcı tibb müassisələrin arasında layiqlı yertutması bizim məqsədimizə nail olmağımızın sübutudur. Keçən 15 ilərzində bizə vətəndaşlardan 1 067 048 müraciət olub. 4 554 101sayda müxtəlif çeşidli tibbi xidmət göstərilib, 305 289 nəfərHospitalımızda ambulator, 45 001 nəfər isə stasionar müalicə alıbvə ümumilikdə 53 737 cərrahi əməliyyat icra olunub. Amma burəqəmlər yalnız statistik rəqəmlər deyil.

Bu rəqəmlər Mərkəzi Gömrük Hospitalında özünün, əzizinin,yaxınının şəfa tapması üçün inanan ürəklərin sayıdır. Bu rəqəmlərbizim hər bir pasiyentin gecə-gündüz yorulmadan şəfa tapması üçünçalışdığımız, bu gün bir çoxu ilə doğmalaşdığımız həyatlarınsayıdır. Hospitalın personalı hər zaman hər bir pasiyenti özdoğması bilir və onun yaşaması, sağlamlığına qovuşması üçünyorulmadan çalışır. Mərkəzi Gömrük Hospitalı gömrük əməkdaşlarının,onların ailə üzvlərinin, təqaüddə olan gömrükçülərin və əhalininsağlamlığının keşiyində gecə-gündüz yorulmadan dayanır.

- Son 5 ildə Mərkəzi Gömrük Hospitalında hansı mürəkkəbəməliyyatlar icra olunub?

-Mərkəzi Gömrük Hospitalında son 5 ildə bir çox unikal vəmürəkkəb əməliyyatlar uğurla icra olunaraq, ümidini itirmişinsanlara sevinc bəxş edilmişdir. Son 5 ildə 208 qaraciyər nəqliəməliyyatı, 316 böyrək köçürülməsi və 6 xəstədə isə müştərəkəməliyyat həyata keçirilmişdir. Bu əməliyyatlar içərisində eyniseansda aparılmış iki mürəkkəb əməliyyat - 5 yaşlı uşaq üzərindəkoronar by-pass əməliyyatı və qaraciyər transplantasiyasıəməliyyatı artıq dünya tibbində da öz unikal yerini tutub.Həmçinin, tamamilə yeni müalicə növü olan endovaskulyar yənibildiyimiz böyük cərrahi müdaxilə aparılmadan ürək klapanlarınındəyişdirilməsi, tibbi dildə desək, TAVİ əməliyyatları dünyastandartlarına uyğun şəkildə icra edilir. Bizim invazivkardioloqlar tərəfindən artıq 30-dan çox xəstə üzərində TAVİəməliyyatı uğurla icra edilib. Həyata keçirilən əməliyyatlarsırasında həmçinin azyaşlı uşaqlar, yenidoğulmuşlar vəyarımçıqdoğulmuşlarda anadangəlmə ürək qüsurları səbəbindənaparılan cərrahi əməliyyatları da qeyd etməsəm olmaz. Çünkü məhzMərkəzi Gömrük Hospitalının peşəkar kardiocərrahları həyata yeniqədəm qoyan bu körpələrə ikinci bir nəfəs bəxş edir.

- Bildiyimiz kimi, Hospitalda tibbi xidmətinkeyfiyyətinin yüksəldilməsinə böyük önəm verilir. Bu məqsədlədünyanın tanınmış səhiyyə mərkəzləri ilə əməkdaşlıq əlaqələriqurulubmu?

-Mərkəzi Gömrük Hospitalı Azərbaycanla yanaşı, dünyanın müxtəlifölkələrinin nüfuzlu tibb mərkəzləri, təhsil müəssisələri iləyaxından əməkdaşlıq edir. Bu qurumlardan biri də TürkiyəninFlorence Nightingale Xəstəxənalar Qrupu ilə olan əməkdaşlığımızdır.2019-cu ildə imzalanmış memoranduma əsasən Florence NightingaleXəstəxənalar Qrupunun görkəmli həkimləri ilə qarşılıqlı görüşlər,elmi və praktiki konfrans və simpoziumlar təşkil edirik, tibbheyətimiz Florence Nightingale Xəstəxənalar Qrupunda təcrübəmübadiləsində iştirak edir.

Eyni zamanda, Hospitalda pasiyentlər üzərində aparılmış müalicəvə əməliyyatlar nəticəsində qazanılmış uğurların nəticələri nüfuzlubeynəlxalq bazalara daxil olan elmi jurnallarda məqalələr şəklindədərc olunur, beynəlxalq konfrans və simpoziumlarda məruzələrşəklində təqdim olunur.

- Bəxtiyar həkim, Mərkəzi Gömrük Hospitalı COVİD-19pandemiyası zamanı və 44 günlük Vətən müharibəsi zamanı yaralanmışən ağır xəstələrin müalicəsində fəal iştirak etmişdir. MərkəziGömrük Hospitalının fəaliyyətini necə xatırlayırsınız?

-Tamamilə düz qeyd edirsiniz ki, Mərkəzi Gömrük Hospitalı olaraqson 5 ildə biz həm də ölkəmiz üçün taleyüklü məsələləri xalqımızlabirlikdə yaşadıq. İlk növbədə mən Vətən mübaribəsini - 44 günlükzəfərimizi qeyd etmək istərdim. Məhz cənab Prezident İlham Əliyevinrəhbərliyi ilə əldə etdiyimiz bu zəfərdə bugün fəxrlə deyə bilərəmki, Mərkəzi Gömrük Hospitalının da rolu var. Bizim əməkdaşlararasında ön cəbhədə öz xidməti borcunu yerinə yetirən, Vətənin dargünündə düşmənlə üz-üzə döyüşən şəxslər də var. Həmçinin, bu dövrdəHospitalımız Vətən müharibəsi döyüşlərində yaralanmış ən ağırxəstələri qəbul etməkdə idi.

Bildiyiniz kimi, 21 ay müddətində Mərkəzi Gömrük Hospitalı həmdə COVİD -19 pandemiyası ilə də mübarizəyə qoşularaq pandemiyaxəstəxanası kimi fəaliyyət göstərdi və bu dövrdə 2053 xəstəHospitalımızda stasionar müalicə aldı, onlardan 316 nəfərreanimasiya və intensiv terapiya şöbəsində müalicə olundu. MəhzCOVİD-19 xəstəsi üzərində ilk uğurlu EKMO istifadəsi bizimhospitalda həyata keçirilmişdir. Ümumiyyətlə isə bu dövrdəhospitalımızda 18 xəstə EKMO cihazına qoşulmuşdur. Mən xüsusiləvurğulamaq istəyirəm ki, Hospitalımızda müalicə olunan xəstələrinəksəriyyəti xüsusilə ağır, digər xəstəxanalardan son ümid yeri kimibizə yerləşdirilən xəstələr idi. Əlbəttə, nə qədər acı olsa da buağır xəstəliyin ağırlaşmaları səbəbindən itkilərimiz oldu. Amma mənböyük fəxrlə deyə bilərəm ki, bizim əldə etdiyimiz nəticələrdünyanın bir çox aparıcı klinikalarının göstəricilərindən dahayaxşı oldu. Hospitalımızda müalicə olunan xəstələrin 90%-dən çoxu,dəqiq desəm 94,6 faizini sağaldaraq ailələrinə qaytara bildik.

- Bəxtiyar həkim, oxucularımıza Mərkəzi GömrükHospitalının gələcək perspektivləri barədə nə deməkistərdiniz?

-Mərkəzi Gömrük Hospitalı personalı tərəfindən bir daha əminetmək istəyirəm ki, həm göstərdiyimiz tibbi xidmətlərimizlə, həmsosial aksiyalarımızla, həm də davamlı təhsil tədbirlərimizlə daimxalqımızın sağlamlığının keşiyində layiqincə durması üçün əlimizdəngələni etməkdə davam edəcəyik.

Müsahibəni apardı: Dilarə Zamanova, Mərkəzi GömrükHospitalının PR mütəxəssisi

Chosen
230
3
az.trend.az

2Sources