Estoniyanın “Milrem Robotics” şirkəti Birləşmiş Ərəb Əmirliklərinin ordusuna 60 döyüş robotu və pilotsuz yerüstü nəqliyyat platforması verəcək.
Publika.az xəbər verir ki, bu barədə “Defence News” “Edge Group” müdafiə konqlomeratına istinadən məlumat yayıb.
“Milrem Robotics” şirkəti ilə BƏƏ-nin Müdafiə Nazirliyi arasında müqavilə “Unmanned Systems Exhibition & Conference (UMEX)” sərgisi zamanı elan edilib. BƏƏ ordusu silah və kəşfiyyat avadanlığı olan maşınlar alacaq.