Gəncə şəhərində fərdi evdə yanğın baş verib.
Əli Nəzmi küçəsi, 166 ünvanında M.Hacızadəyə məxsus evdə baş vermiş yanğın nəticəsində dördotaqlı evin 2 otağı (40 kvadratmetr), həmçinin evin dam örtüyünün 45 kvadratmetr sahəsi yanıb.
Hadisənin səbəbləri araşdırılır. /Report/