EN

Saxta pul satanların sənədləri də saxta çıxıb...

...Deməli, Belarusda, Mogilev vilayətinin Beliniçi şəhərində iki şəxs Bobruisk və Kirovsk sakinlərinə saxta rus rublu satıırmışlar.

Əslində, buna satış da demək olmaz. Onlar, sadəcə olaraq, saxta əskinaslarla bazarlıq edirmişlər.

SİA-nın əldə etdiyi məlumata görə,bu barədə xəbəri Dövlət Məhkəmə Ekspertiza Komitəsi yayıb.

Yenə də deməli, onlar şıdırığı alver sayəsində 5 min rus rublu olan 30-a yaxın saxta əskinasları dəyişdirə biliblər. Deyim ki, bunu elə onların özləri etirf ediblər, amma nə bilmək olar...

Qeyd edək ki, hazırda onlara qarşı cinayət işi başlanıb. Məlum olub ki, təqsirləndirilən şəxslərin 20, 31 yaşı var. Bazarlarda ticarət edən bu şəxslər, gələnlərə valyuta mübadiləsi təklif edirmişlər və qəribədir ki, yerli sakinlərin bəziləri onlarla razılaşırmışlar. Bunu da onların özləri deyib.

Sonradan məhkəmə-tibb ekspertləri müəyyən ediblər ki, bu əskinasların hamısı saxtadır.

Deyim ki, 31 yaşlı müttəhimin avtomobili də olub və ona baxış zamanı ekspertlər Rusiya pasportu və Rusiyanın sürücülük vəsiqəsinitapıblar.

Və sonradan bu sənədlərin də saxta olması üzə çıxıb.

Onu da qeyd edək ki, həmin şəxs barəsində saxta pasportdan istifadə etdiyi üçün daha bir cinayət işi açılıb.

Nazlı

Chosen
268
50
sia.az

10Sources