EN

ABŞ institutu Ukraynaya Qərb yardımlarının gecikməsindən YAZDI

Hərbi yardımın gecikməsi Ukrayna qoşunları üçün mərmi qıtlığını artırır.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-da fəaliyyət göstərən Müharibə Araşdırmaları İnstitutu (ISW) hesabatında məlumat verib.

 

Qeyd olunub ki, bu vəziyyət Ukrayna qoşunlarının Qərbin əks-batareya sistemlərindən istifadə etmək imkanlarını sarsıdır. İşğalçılar Ukraynanın sursat çatışmazlığından və kifayət qədər əks-batareya müharibəsi apara bilməməsindən faydalanır.

 

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrində sursat çatışmazlığı dövrü uzandıqca bu dinamikanın daha da güclənəcəyi ehtimal edilir.

Chosen
648
50
modern.az

10Sources