EN

“Nikosayağı”ı törətdiyi qəzadan danışdı: “Günahkaram”

“Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan iclasda prokuror ittihamı elan edib.

İttihama görə, Nicat Şakirli alkoqollu içkinin təsiri altında avtomobil idarə edərkən, törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində ehtiyatsızlıqdan bir nəfərin ölümünə səbəb olub.

Məlum olub ki, o, sürət həddi 70 km olan olan yolda avtomobili 90-100 km sürətlə idarə edib.

Bu səbəbdən Nicat Şakirliyə qarşı Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Prosesdə sədrlik edən hakim təqsirləndirilən şəxsin diqqətinə çatdırıb ki, təqsiri sübuta yetiriləcəyi halda 5 ilə qədər nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Chosen
177
50
publika.az

10Sources