Yaponiyanın “Astroscale Japan” şirkəti kosmik tullantıların tədqiqi üçün nəzərdə tutulmuş ilk peyki kosmosa buraxacaq.
“İki sahil” xəbər verir ki, bu barədə layihənin saytında bildirilir.
Qeyd olunur ki, ADRAS-J cihazı fevralın 19-da Yeni Zelandiyanın Mahia yarımadasında yerləşən özəl “Rocket Lab” kosmodromundan kosmosa buraxılacaq.
Məlumat üçün əlavə edək ki, kosmik orbitdə olan əsas tullantılar istifadə müddətini tamamlamış kosmik aparatlar, zondlar və onların qırıntılarıdır.