"İnsanların bəzilərində hələ də bu inamsızlıq var. Çünki Azərbaycanda belə bir acı təcrübə var ki, insanlar banka pul qoyurlar və bank bağlanır və insanların pulu batır". Bu barədə SİA-ya açıqlamasında sosioloq Mail Yaqub deyib.
Onun sözlərinə görə, insanlarda hələ də bu acı təcrübənin xatirəsi qalıb: "Mənə görə, əsas səbəb budur. O hadisədən də əlavə banka pul qoymaq özü bir mədəniyyətdir. Bu, bizdə hələ tədricən formalaşacaq. Biz hələ də dədə-baba qaydalarından əl çəkməmişik".
Sosioloq bildirib ki, digər bir səbəb isə insanların devalvasiya qorxusudur: Buna görə də pullarını milli valyutada yox, xarici valyutada saxlayırlar. Amma insanlar devalvasiyanın olmayacağından və bankların faydalı olmağına əmin olsalar, heç kəs pulunu evdə saxlamayacaq. Bunun üçün də tədbir görülməli, təbliğat aparılmalıdır. Bir çox xarici ölkələrdə pullarını həftədə bir neçə dəfə banka aparıb yatırırlar, özlərində artıq pul saxlamırlar. Bizdə bu sahədə iş görülsə, insanlarda inam yaranacaq".